Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Elmar Allahverdiyevə yeni vəzifə verildi

Qərbin Şərqə qarşı diktat yolunu seçməsi Azərbaycan tərəfindən qəbuledilməzdir Millət vəkili

Qərbin Şərqə qarşı diktat yolunu seçməsi Azərbaycan tərəfindən qəbuledilməzdir Millət vəkili

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında yayımlanan “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.

Bu müsahibə barədə Metbuat.az-a danışan millət vəkili Cavanşir Feyziyev bildirib ki, Rusiya telekanalını maraqlandıran suallar sadəcə Azərbaycan–Rusiya münasibətlərinin mövcud durumu ilə məhdudlaşmayıb.

Müsahibədə bu yaxınlarda ölkəmizdə böyük uğurla təşkil olunmuş COP-29 Qlobal İqlim Konfransı, Azərbaycan–Ermənistan münasibətləri, Rusiya-Ukrayna müharibəsi, Azərbaycanın enerji siyasəti, qonşu Gürcüstanda baş verən hadisələr, Fransanın müstəmləkəçilik siyasəti və Azərbaycana qarşı qərəzli addımları kimi məsələlərə toxunulub.

Prezident İlham Əliyev qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra yaranmış qlobal balans son onilliklər ərzində pozulub və dünya tamamilə yeni, amansız və beynəlxalq hüquqa əsaslanmayan bir rəqabət dövrünə daxil olub:

“Sovet İttifaqının süqutu ilə ikiqütblü dünya sisteminin sona çatması və bu fonda təkqütblü dünya sisteminin yaradılmasına edilən cəhdlər dünyanın bütün bölgələrində ciddi müqavimətlə qarşılaşır. Çin, Hindistan, Braziliya, Türkiyə kimi ölkələrin dünyanın idarə edilməsi prosesində rol almaq təşəbbüsləri köhnə dünyanın neo-imperialist düşüncəli siyasi sistemləri tərəfindən qısqanclıqla qarşılanır. Kollektiv Qərb təkcə öz ərazisində deyil, bütün dünya üzərində özünün dominantlığını rəsmən təsbit etmək və gələcək dövrlər üçün də qoruyub saxlamağa çalışır. NATO və AB-nin planlı şəkildə Şərqə doğru genişlənməsi də bu cəhdlərin praktiki təzahürüdür. Bu prosesdə Qərbdən asılı dövlətlərdən qonşu dövlətlərə qarşı təxribatlar törədilməsi və hibrid müharibələrin aparılması üçün geniş şəkildə istifadə olunur. Bu baxımdan, Cənubi Qafqaz regionunda Ermənistanın məhz bu məqsədlə Qərb tərəfindən xüsusi himayə altına alınmasını, xüsusilə Fransa, ABŞ və Hindistan tərəfindən Ermənistanın silahlandırılmasını, Qərbin “vətəndaş cəmiyyəti” adı altında şəbəkələndirdiyi təsisatlatlar vasitəsilə Gürcüstanda ictimai-siyasi sabitliyi pozmaq cəhdlərini Qərbin Şərq istiqamətində həyata keçirdiyi hibrid hücumlar kimi qiymətləndirmək daha doğru olar”.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan–Fransa münasibətləri ilə bağlı suallara cavab verərkən Fransa Prezidenti Makronun apardığı daxili və xarici siyasəti "iflas siyasəti" kimi xarakterizə edib. Cavanşir Feyziyev qeyd edib ki, Prezident İlham Əliyev Fransanın müstəmləkə ərazilərində aborigen xalqlara qarşı diskriminasiya siyasəti yürütdüyünü və bu siyasətin beynəlxalq hüquq normalarına uyğun olmadığını vurğulayıb. Gürcüstanda baş verən hadisələrə münasibət bildirən ölkə başçısı bütün ölkələrin, o cümlədən Qərb dövlətlərinin digər ölkələrin daxili işlərinə qarışmamaq haqqında üzərinə götürdükləri öhdəlikləri xatırladaraq bildirdi ki, Gürcüstanda baş verən qarşıdurmalar məhz kənar müdaxilənin nəticəsidir:

“Azərbaycanın strateji tərəfdaşı kimi Gürcüstanda baş verən hadisələrə ölkəmizdə xüsusi diqqət var və bu da təbiidir. Son onilliklər ərzində Azərbaycan höküməti tərəfindən həyata keçirilən regional və qlobal miqyaslı iqtisadi layihələrin, o cümlədən nəqliyat-logistika marşrutlarının məhz Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatında həyata keçirilməsi beynəlxalq və regional təhlükəsizliyə verilən böyük töhfədir. Bu kimi layihələr Qərblə Şərq arasında qarşılıqlı əməkdaşlıq zəminində bağlılığın təmin olunması baxımından bütövlükdə Avrasiya üçün həyati əhəmiyyət kəsb edir. Göründüyü kimi, bölgə ölkələri bu bağlılığı təmin etməyin yolunu məhz qarşılıqlı əməkdaşlıqda görür və müxtəlif layihələrə və formatlara qoşulmaqla bölgədə qarşılıqlı əməkdaşlığı təşviq edirlər. Qərb dövlətləri isə belə bir bağlılığın bölgə ölkələrinin suveren hüquqlarına məhəl qoymadan onları öz təsiri altına almaqla həyata keçirilməsinə üstünlük verirlər. Prezident Qərb dövlətlərinin və onların manipulyasiya alətləri olan bir sıra beynəlxalq təşkilatların Gürcüstanda sabitliyi pozmaq cəhdlərini “Qafqaz uğrunda döyüş” adlandırıb”.

Faktiki olaraq, 1991-ci ildən bəri bir sıra hallarda Qərbin maraqları baxımından “uğurla” həyata keçirilmiş “yumşaq güc” siyasətinin artıq işləmədiyi bir dövrdə Qərb Şərqə qarşı diktat yolunu seçib və getdikcə diktat arealını genişləndirməyə çalışır.

Millət vəkili Cavanşir Feyziyev qeyd edib ki, bu yanaşma beynəlxalq qanunlara ziddir və suveren dövlətlər, o cümlədən Azərbaycan tərəfindən qəbuledilməzdir:

“Azərbaycan Prezidenti İlham Əliyevin “Россия сегодня” telekanalına verdiyi müsahibə Azərbaycanın daxili və xarici siyasətinin əsas parametrlərini anlamaq və dünyada gedən siyasi-iqtisadi proseslərə Azərbaycanın münasibətini öyrənmək baxımından əhəmiyyətli bir mənbədir. Prezidentin açıqlamaları xaricdən ölkəmizin daxili işlərinə müdaxilə etməyə və Cənubi Qafqazda sabitliyi pozmağa cəhd göstərən qüvvələrə bir mesajdır. Azərbaycan lideri bu müsahibə ilə Cənubi Qafqazda gərginlik yaratmaq istəyən qüvvələr və ölkələrə öz mövqeyini çatdırdı. Qalır bu mesajlardan nəticə çıxarmaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Dekabr 2024 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see404

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see130

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

05 Yanvar 2026 17:24see126

Elmar Allahverdiyevə yeni vəzifə verildi

05 Yanvar 2026 17:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri