Icma.az
close
up
RU
Ramazanda istəmirsiniz acasınız, o zaman bu qidaları qəbul edin İnsanı tox saxlayan 7 qida

Ramazanda istəmirsiniz acasınız, o zaman bu qidaları qəbul edin İnsanı tox saxlayan 7 qida

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ramazan ayında sahur oruc tutanlar üçün günün ən vacib yeməyi hesab olunur.  Çünki gün boyu tox qalmağın ən əhəmiyyətli sirri sahurda sizi tox saxlayan qidaları düzgün seçməkdir. Odur ki, sahurda düzgün qidaların seçilməsi  gün ərzində enerjili qalmağınıza, aclığınızı idarə etmənizə və susuzluqdan qorunmağınıza çox kömək edəcək.
Ölkə.Az sahurda, xüsusən də Ramazan ayında sizi ən çox tox saxlayan 7 qidanı təqdim edir:
1-Yumurta: Yüksək protein mənbəyi; 
Yumurta yüksək keyfiyyətli protein tərkibi sayəsində daha uzun müddət toxluq hissi keçirməyə kömək edir . Zülal həzm olunması uzun sürən qida maddəsi olduğu üçün qan şəkərinizi balanslı saxlayır və aclığınızı uzadır. Əgər günortadan əvvəl hələ də aclıq hiss edirsinizsə, Ramazan ayında sahur üçün nə yediyinizdən asılı olmayaraq, sahur menyunuza mütləq qaynadılmış yumurta və ya omlet daxil etməlisiniz.
2- Taxıllı qidalar; 
Sahurda sizi ən çox doyduran qidalardan biri də tam taxıllı qidalardır. Tam taxıllı qidalar liflə zəngindir və həzmi ləngidir, aclıq hissini gecikdirir. Həmçinin qan şəkərinin səviyyəsini tənzimləyir və ani artımların qarşısını alır. Bu, enerji səviyyələrini gün ərzində sabit saxlamağa kömək edir. Ramazanda gün boyu tox qalmaq üçün sahur üçün yulaf ezmesi, tam buğda çörəyi və ya kəpək çörəyi seçə bilərsiniz.
3-Kəsmik: Az yağlı, yüksək proteinli; 
Kəsmik az yağlı, lakin zülalla zəngin qidadır. Zülalla zəngin olduğu üçün uzun müddət toxluq hissi yaradır. Kalsium və digər faydalı maddələrlə zəngin olan kəsmik sahurda istehlak edildikdə gün ərzində su ehtiyacınızı da qarşılaya bilər.
4-Qatıq və kefir: Həzmi asanlaşdırır;
Sahurda tox saxlayan qidalar arasında qatıq və kefir də böyük əhəmiyyət kəsb edir. Bu iki qida probiyotik xüsusiyyətləri ilə həzm sistemini dəstəkləməklə yanaşı, tərkibindəki yüksək protein sayəsində gün boyu toxluq hissini də təmin edir. Sahurda istehlak etdiyiniz bir kasa qatıq və ya bir stəkan kefir aclığınızı yatırar və gün ərzində enerjinizi qorumağa kömək edər.
5-Tərəvəzlər:-
Tərəvəzlər kalorisi az olan qidalardır. Sağlam qidalanma proqramlarına tez-tez daxil edilən bu qidalar sahurda istehlak edildikdə uzun müddət toxluq hissi yaradır və gün ərzində susuzluq hissi keçirməyinizə mane olur. Buna görə  də sahurda tərəvəz salatı yeyərək rahatlıqla oruc tuta bilərsiniz.
6-Banan: Zəngin kalium tərkibi ilə həzmi dəstəkləyir;
Tərkibindəki yüksək lif və zəngin kalium sayəsində sahurda üstünlük verilə biləcək başqa bir yemək banandır. Sahurda istehlak edilən banan aclıq hissinizin qarşısını alır, sizi uzun müddət tox saxlayır və gün ərzində enerji səviyyənizi qoruyur.
7- Çərəz: Sağlam yağ və zülal mənbəyi; 
Sizi tox saxlayan son qida  çərəzdir, yəni ləpələr. Qoz, fındıq, badam, fıstıq və digrələri tərkibindəki sağlam yağ və zülal sayəsində aclığınızı yatırır və sizi gün ərzində tox saxlayır. Sahurda nəzarətli şəkildə istehlak edilən qoz-fındıq gün boyu enerjili və tox qalmağınıza kömək edəcək.
Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Mart 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri