Icma.az
close
up
RU
Şəkərsiz diabet. Əlamətləri və müalicəsi

Şəkərsiz diabet. Əlamətləri və müalicəsi

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəkərsiz diabet termini altında çox miqdarda durulaşmış sidik ifrazı ilə xarakterizə olunan xəstəliklər toplanıb.

Əksər hallarda həmin xəstəliklər antidiuretik hormonun istehsalı və ya təsirinin pozulması ilə əlaqədar olur.

Şəkərsiz diabet şəkərli diabetlə müqayisədə nadir hallarda rast gəlinən xəstəlikdir. Şəkərli diabet insulin çatışmazlığı və ya insulinə rezistentlik, qanda qlükoza səviyyəsinin yüksəlməsi səbəbindən susuzluq və sidik ifrazının artması ilə xarakterizə olunursa, şəkərsiz diabet zamanı yaranan poliuriyanın qanda qlükoza səviyyəsi ilə heç bir əlaqəsi olmur.

Orqanizmdə mayenin həcmini və onun tərkibini balanslaşdıran xüsusi sistemlər fəaliyyət göstərir. İlk növbədə böyrəklər mayenin artığını orqanizmdən xaric edir və sidik əmələ gətirir. Orqanizmə daxil olan suyun miqdarı azalanda, yaxud hədsiz tərləmə və ya ishal nəticəsində maye itkisi baş verəndə böyrəklər kompensator olaraq daha az sidik ifraz edir, bununla da maye balansını qorumuş olur.

Böyrəklərin maye balansını tənzimi funksiyası birbaşa hipotalamusun nəzarəti altındadır. Orqanizmin bütün endokrin sisteminin işini tənzimləyən hipotalamus, digər adı vazopressin olan antidiuretik hormon adlı maddə ifraz edir. Həmin hormonun böyrəklərə təsiri nəticəsində mayenin qan dövranına geri sorulması sürətlənir və əmələ gələn sidiyin sutkalıq miqdarı azalır. Vazopressinin daha bir təsir effekti qan damarlarını daraltmasıdır, lakin həmin mexanizm yalnız şok və ya qanaxma kimi kritik hallarda işə düşür.

Şəkərsiz diabetin dörd tipi ayırd edilir: mərkəzi şəkərsiz diabet; nefrogen şəkərsiz diabet; dipsogen şəkərsiz diabet; hestasion şəkərsiz diabet.

Əlamətləri

Xəstəliyin əsas əlaməti poliuriya – sidik ifrazının artmasıdır. Yüngül formalarda 2-2,5 litr, ağır hallarda isə 20 litrə qədər maye itkisi müşahidə edilir. Bunun nəticəsi olaraq susuzluq hissi yaranır və xəstə itirdiyi qədər maye qəbul etmək məcburiyyətində qalır. Gecə saatlarında çoxlu sidik əmələ gəldiyinə görə xəstənin bir neçə dəfə yuxudan oyanması gecə yuxusunun pozulmasına, ümumi halsızlıq və yorğunluğun yaranmasına səbəb olur. Vaxtında diaqnoz qoyulmadıqda və adekvat müalicə başlamadıqda xəstənin orqanizmi susuzlaşır, dərisi quruyur, çəki azalır, baş ağrıları yaranır, ağız suyu ifrazı azaldığına görə ağızda quruma və yaralar əmələ gəlir. Xəstədə arterial təzyiqin düşməsi və taxikardiyanın yaranması susuzlaşmanın ağırlaşması barədə xəbər verir. Susuzlaşma sinir sistemində də pozulmalara gətirib çıxarır. Xəstə ya çox oyanıq və aqressiv vəziyyətdə olur, ya da əzginlik, qızdırma, stupor, bəzən hətta komatoz vəziyyət inkişaf edir.

Diaqnoz

Şəkərsiz diabet diaqnozunun qoyulması üçün bəzi diaqnostik kriterilərdən istifadə olunur:

– sutka ərzində 3 litrdən artıq sidik ifrazı;

– normoqlikemiya;

– sidiyin nisbi sıxlığının 1005 vahiddən aşağı olması;

– sidiyin osmolyarlığının 300 mosm/kq-dən aşağı olması;

– böyrək patologiyasının, hiperkalsemiya və hipokalsemiyanın aşkar olunmaması;

– MRT-də hipotalamo-hipofizar bölgənin törəməsinin olmaması

Həmçinin xəstə quru qida testindən keçirilir. 8-12 saat ərzində xəstəyə maye verilmir. Əgər nəticədə sidiyin nisbi sıxlığı və osmolyarlığı artmır və bədən kütləsi 5 faizdən çox azalırsa, şəkərsiz diabet diaqnozu təsdiqlənir.

Müalicə

Mərkəzi tipli şəkərli diabet daha ciddi formasıdır və hipotalamo-hipofizar sahənin zədələnməsi nəticəsində inkişaf edir. Onun səbəbi onkoloji proses, kəllə-beyin travmaları, infeksion xəstəliklər, meninqoensefalitlər, beyin damarlarının anevrizmaları, neyrocərrahi əməliyyatlar və ya genetik defektlər olur. Patologiyanın həmin növünün müalicəsi üçün antidiuretik hormonun sintetik analoqu olan desmopressinlə əvəzedici terapiya təyin olunur.

Nefrogen şəkərsiz diabet böyrəklərin antidiuretik hormona qarşı həssaslığının itməsi nəticəsində yaranr və onun səbəbi bəzi dərman maddələri, məsələn, litium preparatları, böyrəklərin polikistozu, oraqvari hüceyrə anemiyası, xroniki böyrək çatışmazlığı və ya genetik pozulmalar ola bilir. Nefrogen şəkərsiz diabetin müalicəsində sidikqovucular, qeyri-steroid iltihab əleyhinə preparatlar təyin olunur və qəbul edilən qidada xörək duzunun miqdarı azaldılır.

Bəzi hallarda mərkəzi tiplə nefrogen şəkərsiz diabeti ayırmaq üçün desmopressinlə sınaq müalicə aparılır və həmin preparat nefrogen tipdə səmərəsiz olur.

Dipsogen şəkərsiz diabet hipotalamusda yerləşən susuzluq mərkəzinin anadangəlmə qüsuru və ya zədələnməsi nəticəsində yaranır. Zədələnmə anomal susuzluq hissinin yaranması və xəstənin hədsiz miqdarda çoxlu maye qəbul etməsi ilə nəticələnir. Çoxlu su qəbulu qanda vazopressinin səviyyəsinin yüksəlməsinə və sidik idrazının artmasına səbəb olur. Dipsogen diabet əksər hallarda psixi pozulmalarla müşayiət olunduğundan onun adekvat müalicəsi müəyyən olunmayıb.

Hestasion şəkərsiz diabet hamiləlik zamanı yaranır, bu zaman plasenta fermentləri ananın qanında olan antidiuretik hotmonu parçalayır. Patologiya adətən III trimestrdə baş verir və doğuşdan sonra spontan olaraq keçir. Hamiləlik müddətində desmopressin preparatlardan istifadə olunur.

Xalq təbabəti reseptləri

- Mərkəzi tipli şəkərsiz diabet xəstəliyində hormonoterapiya ilə yanaşı adı noxud unu qəbul edilir. Noxud unu qlütamin turşusu ilə zəngin olduğuna görə sinir hüceyrələrində mübadilə proseslərini sürətləndirir, neyronların hipoksiyaya davamlılığını artırır, neyronlararası əlaqəni və beynin funksional vəziyyətini yaxşılaşdırır. Gündə 3-4 dəfə 1 çay qaşığı noxud unu yeməkdən əvvəl qəbul edilir.

- Nefrogen şəkərsiz diabet zamanı böyrəklərdə olan iltihabı azaltmaq, filtrasiyanı yaxşılaşdırmaq və bədəndə maye toplanmasının qarşısını almaq üçün 2 filtr-bağlama Urotea çayı 1 stəkan qaynar suda dəmlənir və gündə 2-3 dəfə yeməkdən sonra qəbul edilir.

- Eyni məqsədlə hərəsindən 1 xörək qaşığı ayıqulağı yarpaqları, tozağacı yarpaqları və çöl qatırquyruğu otu 2 stəkan qaynar suda dəmlənir, soyuyandan sonra süzülür və gün ərzində 3 dəfəyə içilir.

- Sinir oyanıqlığını azaltmaq və yuxunu tənzimləmək üçün gündə 2-3 dəfə Sedativ çayın dəmləməsi və ya Nat-Sedativ kapsulu qəbul edilir.

- Neyroendokrin sistemin funksional aktivliyini tənzimləmək üçün arı məhsullarından istifadə olunur. Müalicəyə 200 qram balla 10 qram çiçək tozunun qarışından başlamaq tövsiyə olunur. Qarışıq 7-10 gün 2 çay qaşığı qəbul olunur, sonrakı günlər qarışığın miqdarı 5 çay qaşığına qədər artırılır və arı südü ilə birlikdə istifadə olunur.

Mənbə: Herba Flora jurnalı


Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri