Icma.az
close
up
RU
İrana hücum ərəfəsində yeni GƏRGİNLİK: bu 4 ölkə işğal edilə bilər Qorxunc ssenari

İrana hücum ərəfəsində yeni GƏRGİNLİK: bu 4 ölkə işğal edilə bilər Qorxunc ssenari

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın İrana hücumu ərəfəsində diqqət çəkən digər məsələ Qrenlandiyanı da ilhaq etməyə çalışmasıdır. Qrenlandiya Baş naziri Yens-Frederik Nilsen bildirib ki, ada Danimarkanı seçir və Vaşinqtona məxsus olmaq ssenarisini rədd edir.

Vaşinqtonun ilhaq və hərbi müdaxilə planı nələrə səbəb olacaq? Daha hansı dövlətləri işğal təhlükəsi gözləyir?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Rusiya–Ukrayna müharibəsinin başlamasından sonra beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklər baş verib:

“Dünyada yenidən bölünmə prosesi açıq şəkildə müşahidə olunur və artıq güclü dövlətlər güc nümayiş etdirərək qonşu ölkələri ilhaq etməyə cəhd göstərirlər.

Rusiya bu istiqamətdə addımlar atsa da, istədiyi nəticəni əldə edə bilməyib və bundan sonra da nail ola bilməyəcək. 2025-ci ildə bir sıra münaqişəli vəziyyətləri dayandıran ABŞ Prezidenti Donald Tramp 2026-cı il başlayan kimi Venesuelaya qarşı sərt addım atdı. Bu, beynəlxalq münasibətlər tarixində görünməmiş hadisə idi. Artıq beynəlxalq hüquq deyil, güc faktoru ön plana çıxıb”.

Politoloq qeyd edib ki, ABŞ özünü dünyanın yeganə supergücü hesab edir və Ukrayna müharibəsi fonunda Rusiyanın real imkanlarının nə qədər məhdud olduğu aydın görünür:

“ABŞ iqtisadi və hərbi baxımdan sürətlə inkişaf edir, Rusiya isə əksinə, bu sahələrdə tənəzzülə uğrayır. ABŞ-ın dövlət maraqlarını əsas götürən Donald Tramp Venesuelanın neft ehtiyatlarına nəzarət edir. Demokratiya anlayışı sadəcə pərdə rolunu oynayır, əsas məqsəd enerji resurslarıdır. Burada hansısa vətəndaşın, yaxud da xalqın hüquqlarının qorunmasından söhbət gedə bilməz”.

E.Həsənov bildirib ki, ABŞ-ın Qrenlandiya ilə bağlı planları da bu strategiyanın tərkib hissəsidir:

“ABŞ indiyədək bir neçə dəfə Qrenlandiyanı ilhaq etməyə cəhd göstərib, lakin buna nail olmayıb. İndi isə Vaşinqton özünü tək güc mərkəzi kimi görür və bu məqsədinə müxtəlif yollarla çata bilər. Bu, ya iqtisadi stimullar, yəni hansısa ölkə əhalisinə 100-200 min dollar təklif etməklə, ya da güc yolu ilə həyata keçirilə bilər. NATO ölkələrinin ABŞ-a qarşı çıxacağını düşünmürəm. Çünki bu, Alyansın dağılması demək olar. NATO-nun əsas dayağı məhz ABŞ-dır”.

Politoloqun sözlərinə görə, Trampın NATO üzvlərindən ÜDM-in 5 faizinin hərbi xərclərə ayrılması tələbi də artıq icra mərhələsinə keçib:

“Elə buna görə də Qrenlandiyanın gələcəkdə ABŞ-ın yeni ştatına çevrilməsi istisna deyil. Daha sonra isə Kolumbiya, Kanada və Meksika kimi ölkələr hədəf ola bilər. Bu, olduqca təhlükəli tendensiyadır və digər güclü dövlətləri də qonşularına qarşı işğal siyasətinə həvəsləndirə bilər.

Rusiya-Ukrayna müharibəsinə nəzər salaq. Müharibənin mərkəzində Donbas dayanır. Çünki bu ərazidə təxminən 11 trilyon dollar dəyərində nadir yeraltı metallar mövcuddur. Ukraynanın ABŞ-la nadir metalların işlənməsi ilə bağlı müqavilə imzalaması da məhz bu səbəbdən idi — həm borclarını ödəmək, həm də strateji dəstək qazanmaq üçün. “Gələcəkdə kim varlı olacaqsa, güclü də o olacaq” prinsipi ilə hərəkət edirlər”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri